Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində fərdi kateqoriya üzrə qalib olan “Sən də öyrən” layihəsi uğurla icra olunur.
Evdə təhsilə cəlb olunan şagirdlərin özlərini inkişaf etdirməsi, müxtəlif yaradıcılıq işlərinə, aktivliklərə cəlb olunması, psixoloqla görüş vasitəsilə, həmçinin öz həmyaşıdları ilə onlayn görüşlərin keçirilməsi ilə onların cəmiyyətə inteqrasiya olmaları, müxtəlif bacarıqların inkişaf etməsi, yaradıcılıq sahələrinə meyl və maraqların formalaşması məqsədilə keçirilən “Sən də öyrən” layihəsi uğurla icra olunur.
Layihə rəhbəri Samux rayon Köbər kənd tam orta məktəbin tarix müəllim Şahin Məmmədovun rəhbərliyi ilə icra olunan layihə çərçivəsində özünüinkişaf, motivasiya, bacarıqların inkişafı, əl qabiliyyətinin artırılması, xüsusi əl işlərinin hazırlanması barədə şagirdlərə "Mənim peşəm nədir?", "Valideynlərin uşaqlar üzərində davranışlarının düzgün formalaşdırılması", "Bacarıqlı əllər", "10 il sonra özümü görürəm", "Xüsusi əl işlərinin hazırlanması" və "Liderlik" adlı təlimlər keçirilir.
Bununla belə psixoloji vəziyyətin nizamlanması, özünü dərk, cəmiyyətə inteqrasiya olmaq və digər məsələlər barədə psixoloqla "Valideynlərin uşaqlar üzərində davranışlarının düzgün formalaşdırılması", "Liderlik", "Yaddaş oyunları" və "Qrup terapiyası" adlı təlimlər keçirilir.
Qeyd edək ki, layihə çərçivəsində şagirdlərin müxtəlif tarixi memarlıq abidələrinə ekskursiyaları da təşkil edilir. Gəncə şəhər Heydər Əliyev park-kompleksi, Gəncə Dövlət Dram Teatrda tamaşa izlənilməsi və digər yerlərə ekskurisyalar təşkil edilir.