11.01.2023

IX sinif şagirdləri buraxılış imtahanı fənn bloku üzrə monitorinq imtahanına cəlb edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin IX sinif şagirdləri buraxılış imtahanı fənn bloku üzrə monitorinq imtahanına cəlb edilib.

 

Monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış imtahanı fənn bloku üzrə tədris keyfiyyətini daha da artırmaqdır. Eyni zamanda, məktəb özünüqiymətləndirməsi ənənəsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

 

Monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb. Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.


Açar sözlər: ,  ,