Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin sosial şəbəkə hesablarına məsul əməkdaşlarla görüş keçirilib.
Sosial media sahəsində praktiki biliklərinin artırılması məqsədilə keçirilən görüşdə müvafiq şəhər və rayonlarda fəaliyyət göstərən hər bir ümumtəhsil məktəbinin sosial şəbəkə hesabları monitorinq edilib, əməkdaşlara müvafiq tövsiyyələr verilib.
Qeyd edək ki, sosial şəbəkə hesablarının monitorinqi mütəmadi olaraq həyata keçiriləcəkdir.