Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsində qalib olmuş Gəncə şəhər 45 nömrəli xüsusi məktəbin "Dünəni dəyişə bilməsək də, sabahı qazanmaq öz əlimizdədir" adlı layihəsi çərçivəsində nəzərdə tutulan "Özel eğitim uygulamaları" adlı 3 günlük təlim həyata keçirilib.
Təlim üçün İstanbul İl Milli Eğitim Müdürlüğdən uzman Seda Karakaşoğlu dəvət olunub.
Qeyd edək ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud şagirdlər üçün əyani vəsaitlərdən istifadə etməklə daha səmərəli dərs mühitinin yaradılmasıdır.
Layihə müddətində 4 ay ərzində Gəncə şəhəri 45 saylı xüsusi məktəbdə 20 müəllim üçün əyani vəsaitlərdən istifadə edərək bacarıqlarının təmin edilməsini və artırılmasını, müəllimlərin əyani vəsaitlərdən düzgün istifadəsini təmin etmək üçün müəllimlərə təlimlər keçirilməsi, 20 müəllim tərəfindən, əldə edilmiş vəsaitlərdən istifadə edərək 5 açıq dərsin təşkil olunmasını tətbiq etmək kimi hədəflər qarşıya qoyulub və icra edilib.