19.01.2023

İlk dərslər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ilk dərs və məşğələlər 20 Yanvar hadisələrinin otuz üçüncü ildönümünə həsr edilib.

 

Keçirilən dərslərdə ilk olaraq xalqımızın azadlığı uğrunda canlarını qurban vermis Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar.


Açar sözlər: ,