10.02.2023

Regional Təhsil İdarəsinin rəhbər işçiləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda olaraq başsağlığı veriblər

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) müdiri Anar Qədiməliyev Türkiyənin Gəncədəki Baş konsulluğunda olaraq, konsul  Recep Öztopla görüşüb. İdarə rəhbəri Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib, Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb.

 

Daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müdir müavini Rövşən Kərimov və müvafiq sektor müdirləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsini yad ediblər.

 

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil idarəsinintabeliyində olan ümumtəhsil müəssisələri və məktəbəqədər təhsil müəssisələrinin kollkektivi tərəfindən  Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad olunur.


Açar sözlər: ,