13.02.2023

“Ən yaxşı təqdimat” müsabiqəsi ilə bağlı təlimat xarakteri görüş keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi ilə bağlı təlimat xarakteri görüş keçirilib.

 

Görüşdə qeyd olunub ki, “Ən yaxşı təqdimat” müsabiqəsində IX-XI sinif şagirdləri arasında keçirilir. Müsabiqə müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar ulu öndərin zəngin siyasi irsinin, həyat və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirilir.

 

Müsabiqə rayon (şəhər) və ölkə üzrə olmaqla 2 mərhələdə təşkil olunacaq. İştirak etmək istəyənlər portal.edu.az platformasında bu məqsədlə yaradılmış “Müsabiqələr və olimpiadalar” xidməti vasitəsilə müraciət edə bilərlər.Qeydiyyat üçün son tarix 17 fevral saat 00:00-dır.

 

Qeydiyyatdan keçmiş təhsilalanlar müsabiqənin rayon (şəhər) mərhələsində iştirak üçün yerli təhsili idarəetmə orqanları tərəfindən dəvət ediləcəklər.

 

Müsabiqənin final mərhələsinə vəsiqə qazanacaq təhsilalanlar nəticə ilə bağlı portal.edu.az platforması və mobil telefona SMS göndərilməsi vasitəsilə məlumatlandırılacaqlar.


Açar sözlər: ,  ,  ,