Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlər üçün müxtəlif mövzularda maarifləndirici təhsil dəstəyi göstərilməsi məqsədi ilə həyata keçirilən “Təhsil Bələdçisi” layihəsi uğurla icra olunur.
Ümumtəhsil məktəblərinin IX sinif şagirdləri üçün həyata keçirilən “DİM-in təşkil etdiyi buraxılış imtahan suallarının cavablandırılması qaydaları və imtahanda vaxtın idarə olunması texnikası” mövzusunda olan seminarlar ümumillikdə 70-dək ümumtəhsil məktəbində həyata keçirilib.
Qeyd edək ki, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının keçiriləcəyi tarixədək GDRTİ-nin tabeliyində olan bütün ümumi və tam orta təhsil müəssisələrinin IX sinif şagirdləri üçün seminar görüşlər keçiriləcək.