22.02.2023

Bağçalara təqdim olunan qida ilə bağlı görüş keçirilib

Məktəbəqədər təhsil müəssisələrinə hazır qidanın veriməsi ilə bağlı görüş keçirilib.

 

“ZOOM” patforması üzərindən onlayn şəkildə keçirilən görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) müdiri Anar Qədiməliyev, GDRTİ-nin əməkdaşları və hal-hazırda hazır qida ilə təmin olunan məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və qidaya çəsul şəxslər iştirak ediblər.

 

Görüş müddətində hazır qidanın çatdırılması, paylanması, gigiyenik qaydalara uyğunluğu barədə müzakirə həyata keçirilib.

 

Məlumat üçün qeyd edək ki, bağçalar hazır qida ilə bağlı açıq qapı keçirilərək valideynlər bu prosesə cəlb olunub, direktor və valideynlər mövzu ilə bağlı hazırlanan  sorğuda iştirak ediblər.


Açar sözlər: ,