14.02.2023

“Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı pilot layihəyə start verilib

Ümumi təhsil müəssisələrində təhsilalanların davranış qaydaları və valideyn-məktəb münasibətlərinin tənzimlənməsi məqsədilə “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” mövzusunda görüş keçirilib. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə pilot layihəyə 20 ümumi təhsil müəssisəsi cəlb olunub.

 

Qeyd edək ki, “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” ilə bağlı sənəd  təhsilalanların aşağıdakı hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumitəhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən edir:

● fiziki təhlükəsizlik;

● psixoloji sağlamlıq;

● məktəbdaxili münasibətlər (şagirdlər arasında münasibət, məktəb kollektivi ilə olan

münasibət);

● əlverişli öyrənmə mühiti;

● Azərbaycanın milli-mənəvi dəyərlərini əks etdirən müvafiq məktəb mühiti.


Açar sözlər: ,