"Bir müəllimin manifesti" proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak etmək hüququ qazanan təhsil işçiləri ilə görüş keçirilib.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev "Bir müəllimin manifesti" proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak etmək hüququ qazanan Goranboy rayon Rəhimli kənd tam orta məktəbin direktoru Həsrət Rəhimov, Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbin biologiya müəllimi İlahə Hacıyeva və Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbin biologiya müəllimi Züleyxa Vəliyeva ilə görüşərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir müəllimin manifesti” proqramını həyata keçirir.