23.02.2021

“Şagirdlərin psixoloji problemlərinin yaranmasına cəmiyyətin təsiri” mövzusunda görüş keçirilib

Görüşdə Gəncə-Daşkəən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Karadeniz Teknik Universitetinin professoru, MEM Psixologiya mərkəzlərinin qurucusu, MEM Bakı mərkəzinin həmtəsisçisi, Personal360 testlərinin müəllifi doktor Mehmet Palancı, ümumtəhsil məktəblərinin direktorları, məktəb psixolqları və ibtidai sinif müəllimləri iştirak ediblər.

 

Görüşün keçirilməsində məqsəd ümumi təhsil müəssisələri üzrə sağlam sosial-emosional mühitin səmərəli təşkili və şagirdlərin şəxsiyyət kimi formalaşmasında psixoloq fəaliyyətini daha da artırmaqdan ibarət olub.

 

Görüş müddətində Mehmet Palancı Ennegram əsaslı Gənclər,Təhsil və Tədqiqat barəsində ətraflı məlumat verərək, fərdi fərqlilikləri əsas alan təhsil tətbiqlərinin hazırlanması ilə bağlı öz təcrübəsini bölüşüb.


Açar sözlər: ,