06.03.2023

"Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin bağlanış mərasimi keçirilib

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant  müsabiqəsi çərçivəsində icra olunan "Sabahın Rəqəmsal Texnoloqları" adlı layihənin  bağlanış mərasimi keçirilib.

 

Bağlanış mərasimində Göygöl rayonu üzrə təhsil sektorunun əməkdaşları, ümumtəhsil məktəb direktorları, fənn müəllimləri, şagirdlər və valideynlər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himninin səslənmsi ilə başlanan tədbirdə layihə rəhbəri Texniki,Təbiət Fənləri Təmayüllü liseyin direktoru  Zəhra Zeynalova layihə boyunca görülmüş işlər barədə geniş məlumat verdi. Daha sonra layihənin  hesabat videosu izlənilib.

 

Layihənin icra planına  uyğun olaraq "Rəqəmsal texnoloqlar" adlı dron yarışı keçirilərək 3 ay boyunca xüsusi təlimlərə cəlb olunmuş şagirdlər öyrəndiklərini praktiki olaraq  nümayiş etdiriblər.

 

Bağlanış mərasimində keçirilən yarışın nəticəsində əsasən

I yerə  Üçtəpə kənd Ə.Məmmədov adına tam orta məktəbin “Yenilməzlər”  komandası;

II yerə Göygöl şəhər 6 nömrəli tam orta məktəbin “Xarıbülbül” komandası;

III yerə Göygöl şəhər 5 nömrəli tam orta məktəbin  “Qarabağ” komandası layiq görülüb.

Qalib komanda üzvləri kubok və medallarla təltif olunublar.


Açar sözlər: ,