Respublika fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən ümumillikdə 380 nəfər şagird bu turda iştirak edib.
Gəncə şəhəri üzrə 210, Naftalan şəhəri üzrə 14, Goranboy rayonu üzrə 65, Göygöl rayonu üzrə 38, Samux rayonu üzrə 49, Daşkəsən rayonu üzrə isə 4 nəfər olmaqla Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən ümumillikdə 380 nəfər şagird bu turda iştirak edib.
Olimpiada Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə keçirilib. Respublika fənn olimpiadaları “Kapital Bank”ın sponsorluğu ilə təşkil edilir.