02.03.2023

"İdman həftəsi” layihəsi çərçivəsində "İdmanla sağlam qal" rubrikasına start verilir

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə "İdman həftəsi” layihəsi çərçivəsində "İdmanla sağlam qal" rubrikasına start verilir. Rubrika çərçivəsində ilk paylaşım Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdəndir.

 

Qeyd edək ki, şagirdlərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ərəfəsində ölkənin bütün ümumi təhsil müəssisələrində “İdman həftəsi” layihəsinin tətbiqinə başlanılıb. 

 

3 mart tarixinədək davam edəcək layihə təhsilalanların sağlamlığının möhkəmləndirilməsi, idman və bədən tərbiyəsinin inkişafı, bu sahədə kütləviliyin təmin edilməsi istiqamətində təhsil sistemi qarşısında qoyulmuş hədəflər baxımından xüsusi əhəmiyyət kəsb edir.


Açar sözlər: ,