02.03.2021

Ümumtəhsil məktəblərində monitorinqlər həyata keçirilir

Fərdi təhsilin təşkili vəziyyətinin yoxlanılması məqsədilə monitorinqlər keçirilir.

 

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində 2022-2023-cü tədris ili üzrə fərdi təhsilin təşkili vəziyyətinin yoxlanılması məqsədilə yaradılmış komissiya tərəfindən ümumtəhsil məktəblərində monitorinqlər keçirilir.

 

Qeyd edək ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış şəxslər, eləcə də ümumi təhsil müəssisələrində hər hansı sahə üzrə xüsusi istedadı ilə fərqlənən təhsilalanlar üçün təyin edilmiş təhsilin təşkilini tənzimləyir.


Açar sözlər: ,