04.03.2023

Direktorların Təlim Mərkəzi layihəsi çərçivəsində növbəti təlim keçirilib

"Müasir dərsin təşkili" mövzusunda olan təlim Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyin direktoru Əliağa Səfərəliyev tərəfindən həyata keçirilib.

 

Qeyd edək ki, təlimçilər seçilərkən elektron qaydada hazırlanan sorğunun nəticəsinə əsasən təlimçi direktor olmaq istəyən şəxslər müəyyənləşib və mövzulara uyğun təlabata görə təlimlərin keçirilmə ardıcıllığı və müdavimlər siyahısı müəyyən olunub. 

 

Gəncə şəhər ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə keçirilən təlimlər növbəli şəkildə Regional Təhsil İdarəsinin tabeliyində olan digər ümumtəhsil məktəblərinin direktorları üçün də keçiriləcəkdir.


Açar sözlər: ,