Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı, Gəncə şəhər V.Əliyev adına 12 nömrəli və V.Veysəlov adına 30 nömrəli tam orta məktəblərin dəstəyi ilə Göygöl rayon Sarısu kənd tam orta məktəbinə səfər təşkil edilib.
Layihə çərçivəsində həyata keçirilən görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları, Göygöl rayon İcra Hakimiyyəti Başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, sözügedən məktəblərin direktor, müəllim və şagirdləri iştirak ediblər.
Gəncə məktəbliləri öz həmyaşıdları ilə tanış olaraq, onlara hədiyyələr təqdim ediblər. Sonda Göygöl rayon Sarısu kənd tam orta məktəbin xanım əməkdaşlarına 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə hədiyyələr təqdim edilib.