07.03.2023

“Biz – bir komandayıq” adlı təlim-seminar keçirilib

Gəncə şəhərində fəaliyyət göstərən bir qrup  məktəbəqədər təhsil müəssisəsinin rəhbərinin iştirakı ilə "Biz - bir komandayıq" adlı təlim-seminar keçirilib.

 

Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) müdiri Anar Qədiməliyev, idarənin əməkdaşları və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər. Görüşün keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə regional təhsil idarəsi arasındakı əlaqələri gücləndirmək, müəssisələrarası əməkdaşlığı möhkəmləndirmək, gələcək hədəfləri müzakirə etmək  olub.

 

Tədbirdə GDRTİ-nin müdiri Anar Qədiməliyev, məktəbəqədər təhsil müəssisələrində strateji planlamanın vacibliyi və mövcud vəziyyəti optimallaşdırmağın yollarını auditoriya ilə müzakirə edib.

 

Təlim-seminar müddətində həmçinin əməkdaşlığın qurulması, təcrübələrin bölüşdürülməsi , komanda işinin təşkili mövzusunda fasilitasiya aparılaraq, beyin həmləsi, qrup-işləri təşkil etməklə, tədbirin mahiyyətini üzə çıxarılmışdır.

Qeyd edək ki, yaxın vaxtlarda analoji görüşlər digər məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri üçün də təşkil ediləcək.


Açar sözlər: ,