Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev Qadın gülərsə sosial kampaniyası çərçivəsində Goranboy rayonunda olub.
İdarə müdiri Goranboy rayon F.Rüstəmov adına Tap və Qaraçinar kənd tam orta məktəblərində olub. Bəzi siniflərdə dərs prosesini izləyən idarə müdiri hər iki məktəbdə çalışan Şəhid ailə üzvü olan xanımları və gənc müəllimləri 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Görüş müddətində çay süfrəsi arxasında səmimi söhbət aparılıb. Qeyd edək ki, Tap kəndi rayon mərkəzindən 47 km, Qaraçinar kəndi isə 30 km məsafədə yerləşir.