06.04.2023

Şagird davranış qaydaları ilə bağlı görüş keçirilib

Göygöl şəhər İ.Hüseynov adına 1 nömrəli, İ.Novruzov adına 4 nömrəli, E.Vəliyev adına 5 nömrəli və B.Alzamanov adına Quşqara kənd tam orta məktəblərində  “Şagird davranış qaydaları”nın icrası ilə bağlı maarifləndirmə xarakterli görüş keçirilib.

 

Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva,  həmin sektorun məsləhətçisi Ceyhun Bağırov, valideynlər, sinif rəhbərləri, uşaq birliyi təşkilatının rəhbərləri və nizam-intizam şurasının üzvləri iştirak ediblər.

 

Görüşdə ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda bu qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyi, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verdiyi vurğulanıb.

 

Bundan əlavə görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı verilən suallar cavablandırılıb.

 

Qeyd edək ki, bu layihə hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 ümumtəhsil müəssisəsində tətbiq olunur.


Açar sözlər: ,