05.04.2023

Direktorların Təlim Mərkəzinin fəaliyyəti çərçivəsində növbəti təlim keçirilib

Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbdə həyata keçirilən təlimin mövzusu "Dərslərdə öyrətmənin və öyrənmənin keyfiyyətinin dəyərləndirilməsi" olub.

 

Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova tərəfindən həyata keçirilən təlimdə şagird naliyyətlərinin, öyrənmə və öyrətmə  bacarıqlarının dəyərləndirilməsi, şagirdlərin dərslərdəki irəliləyişlərinin izlənilməsi, sinifdə sağlam psixoloji mühitin və müəllim-şagird münasibətlərinin inkişaf etdirilməsi mövzularından  danışılaraq, praktik işlər aparılıb. Təlimdə iştirak edən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyət sektorunun müdiri Sevinc Quliyevanın mövzu ilə bağlı  etdiyi tövsiyyələr diqqətlə qarşılanıb.

 

Qeyd edək ki, Direktorların Təlim Mərkəzi Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorlarının peşəkarlığının artırılması, əməkdaşlığın möhkəmləndirilməsi və həmkarlar arasında fərdi praktik təcrübələrin mübadiləsi məqsədi ilə yaradılıb.


Açar sözlər: ,