03.04.2023

Əməkdar məşqçi, “Şöhrət” ordenli, "Tərəqqi" medallı Elçin Zeynalovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Əməkdar məşqçi, “Şöhrət” ordenli, "Tərəqqi" medallı Elçin Zeynalovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev,  Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Millət vəkili Müşfiq Cəfərov, ADAU-nun rektor əvəzi, şəhərin idman ictimayyətinin nümayəndələri, ziyalılar və təhsil işçiləri iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər Elçin Zeynalovun şərəfli ömür yolundan bəhs edərək onun Dünya və Avropa çempionatlarının, Dünya Kubokunun qalibi olan yetirmələrindən söz açıb, 75 illik yubileyi münasibətilə təbrik edərək, ona cansağlığı, gələcək işlərində uğurlar arzulayıblar. Elçin Zeynalov Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşəkkürnamə və hədiyyələrlə təltif olunub.

 

Tədbirdə istedadlı şagirdlər tərəfindən müxtəlif musiqi nömrələri ifa olunub. Sonda Elçin Zeynalov ölkədə idman sahəsinə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.


Açar sözlər: ,