2022-2023-cü tədris ili üzrə təşkil olunmuş Respublika fənn olimpiadalarının yarımfinal mərhələsinin qalibləri ilə görüş keçirilib.
Görüşdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və olimpiadanın yarımfinal mərhələsində uğur qazanmış şagirdlər iştirak ediblər. İdarə rəhbəri şagirdlər arasında keçirilən fənn oimpiadalarının yüksək əhəmiyyətindən danışıb, final turuna vəsiqə qazanmış şagirdləri təbrik edərək, onların fənn müəllimlərinə və valideynlərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, olimpiadaların təşkilində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.