2022-2023-cü tədris ilinin oktyabr ayından etibarən Azərbaycan Respublikasının Təhsil İnstitutunun əməkdaşları tərəfindən Gəncə şəhər M.Hadi adına 10 və 17 nömrəli tam orta məktəblərin direktor və ibtidai siniflər üzrə TTİÜDM-ləri, Göygöl rayon E.Vəliyev adına 5 nömrəli tam orta məktəbin TTİÜDM və Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri, Samux rayon İnstitut qəsəbə tam orta məktəbin TTİÜDM-lərinin cəlb olunduğu təlimlərdə əldə olunan bilik və bacarıqları həmin təhsilverənlər çalışdıqları ümumtəhsil məktəblərində tətbiq edirlər.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən həmin məktəblərdə müasir metodiki xidmətin təşkili aşağıdakı meyarlar üzrə qiymətləndiriləcəkdir.
- Təlimə cəlb olunmuş müavin, ibtidai sinif müəllimləri (mümkün qədər yuxarı sinif müəllimləri), metodbirləşmə rəhbərləri ilə mütəmadi görüşlərin keçirilməsi;
- Mütəmadi olaraq müəllimlərlə metodik görüşlərin keçirilməsi, müəllimlər arasında əməkdaşlığın yaradılması, dərsdinləmələrin həyata keçirilməsi;
- Müəllimlərə metodik dəstək göstərilməsi, hər fənn və siniflər üzrə təlimata uyğun şəkildə KSQ modeli hazırlanmalı (metodbirləşmə, müavin və qabaqcıl müəllimlər), keçirilən KSQ-lər təhlil edilməsi.