Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən II Qarabağ Müharibəsində iştirak etmiş, həmkarlar ittifaqı üzvü olan təhsil işçiləri barədə kitab nəşr edilib.
Həmin kitablar Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin sədri Bayram Hacıyev tərəfindən II Qarabağ Müharibəsində iştirak etmiş, təhsil işçilərinə, şəhid müəllimlər Rabil İsmayılovun və Rəşad Məmmədovun anasına təqdim edilib.
Sonda göstərilən diqqət və qayğıya görə II Qarabağ Müharibəsi iştirakçıları və şəhid ailə üzvləri öz minnətdarlıqlarını bildiriblər.