08.04.2023

Psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib

1 aprel tarixdə  psixoloqların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi həyata keçirilib. Bu mərhələdə müvafiq sənədlərini təqdim etmiş namizədlərin məlumatlarının uyğunluğu yoxlanıldıqdan sonra müsabiqənin növbəti (test imtahanı) mərhələsinə dəvət ediliblər.

 

Test imtahanı mərhələsində 93 nəfər namizəd iştirak edib. Müsabiqə üçün keçid 30 bal olaraq müəyyənləşib. Keçid balını toplamış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. Namizədlərə müsahibə mərhələsinin vaxtı və yeri barədə əlavə məlumat veriləcəkdir.

 

Müsahibə mərhələsində namizədlərin peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq müvafiq komissiya tərəfindən yoxlanılacaqdır.


Açar sözlər: ,