10.04.2023

Məktəb direktorunun 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib

Gəncə şəhər 21 nömrəli tam orta məktəbin direktoru Prezident mükafatçısı, “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olmuş, “Qabaqcıl təhsil işçisi”, Azərbaycan yazıçılar və jurnalistlər birliyinin üzvü Vidadi Quluyevin 60 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.

 

Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan edilən tədbirdə Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

 

Tədbirdə çıxış edənlər Vidadi Quliyevin fəaliyyətindən və əldə edilən nailiyyətlərdən danışıblar. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev tərəfindən Gəncə şəhər 21 nömrəli tam orta məktəbin direktoru olan Vidadi Quluyevə hədiyyə və təşəkkürnamə təqdim edilib.


Açar sözlər: ,