763 nəfər müəllim “İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə ixtisasartırma təlimlərinə cəlb edilib.
Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən "İbtidai təhsil səviyyəsində Azərbaycan dili və riyaziyyat fənlərinin məzmunu” üzrə ixtisasartırma təlimlərinə başlanılıb. Təlimlərə setifikasiya imtahanlarında uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri cəlb olunur.
Təlimlər Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində çalışan setifikasiya imtahanlarında uğursuz nəticə göstərmiş ibtidai sinif müəllimləri üçün Gəncə, Naftalan şəhərləri, Goranboy, Göygöl, Daşkəsən və Samux rayonlarında həftənin şənbə və bazar günləri təşkil olunur.
Təlimlərdə Gəncə şəhərindən 125, Goranboy rayonundan 300, Göygöl rayonundan 156, Daşkəsən rayonundan 50, Samux rayonundan 132 nəfər müəllim iştirak edir.