13.04.2023

Sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib

Aprelin 12-də Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Gəncə şəhəri, Goranboy-Naftalan, Göygöl, Daşkəsən və Samux rayonları üzrə tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə sertifikatlaşdırma prosesinə dair məlumatverici görüş keçirilib.

 

Görüşdə Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyeva, Təhsil İnstitutunun əməkdaşları sertifikatlaşdırmanın mərhələləri, təşkili, məzmunu və çərçivə sənədi ilə bağlı məsələlər barədə məlumatlar verib. Görüş müddətində dinləyiciləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.


Açar sözlər: ,