14.04.2023

Fənn olimpiadalarının final turunun keçiriləcəyi tarix və məkanlar

Respublika fənn olimpiadalarının respublika mərhələsinin final turunun keçiriləcəyi tarix və məkanlar açıqlanıb.

 

Belə ki, mayın 2-də fizika və coğrafiya, mayın 3-də riyaziyyat, mayın 4-də biologiya, mayın 6-da Azərbaycan dili və ədəbiyyat, tarix və informatika, mayın 10-da isə kimya fənləri üzrə respublika fənn olimpiadalarının final turu keçiriləcək. Bütün fənlər üzrə olimpiada saat 10:00-da başlayacaq. 

 

İnformatika fənnindən yuxarı yaş qrupu (10-11-ci siniflər) üzrə final turu ADA Universitetində, aşağı yaş qrupu (8-9-cu siniflər) üzrə final turu Bakı Ali Neft Məktəbinin Bayıl korpusunda, digər fənlər üzrə isə “Hyatt Regency” hotelində təşkil olunacaq. 

 

 

Final turunda iştirak hüququ qazanan şagirdlər buraxılış vərəqələrini 25-28 aprel 2023-cü il tarixlərində www.portal.edu.az elektron ünvanında şəxsi kabinetlərindən əldə edə bilərlər. Şagirdlər final mərhələsinə gələrkən buraxılış vərəqəsi və şəxsiyyət vəsiqəsini gətirməlidirlər.


Açar sözlər: ,