20.04.2023

Direktor müavinləri üçün dərs dinləmənin təşkili və onun müzakirəsi mövzusunda seminar keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin direktor müavinləri üçün dərs dinləmənin təşkili və onun müzakirəsi mövzusunda seminar keçirilib.

 

Seminarda Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva çıxış edərək təhsilverənlərin təkmilləşməsi üçün belə təlim və seminarların mütəmadi keçiriləcəyini vurğulayıb.

 

Seminarda Gəncə şəhər Ş.İ.Xətai adına 13 nömrəli tam orta məktəbin direktoru Gülnar Hüseynova mövzu ilə bağlı təqdimatla çıxış edib.  Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,