23.04.2023

23 Aprel - Oxu Günü ilə əlaqədar tədbir keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 23 Aprel - Oxu Günü ilə əlaqədar M.Hadi adına 10 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

 

Uşaqların elmə, təhsilə, eyni zamanda, kitaba marağının artırılması, onların dünyagörüşünün inkişaf etdirilməsi məqsədi ilə keçirilən tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarənin sektor müdirləri və əməkdaşları, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, ümumtəhsil məktəb şagirdləri iştirak ediblər.

 

Məktəbəqədər təhsil müəssisələrinin körpə fidanları görkəmli Azərbaycan ədiblərinin  məşhur əsərlərindən personajları canlandırıb, müxtəlif əsərlər əsasında səhnəciklər təqdim ediblər.


Açar sözlər: ,