Goranboy-Naftalan şəhərləri üzrə təhsil sektoru, Uşaq Gənclər İdman Şahmat məktəbi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Gəncə şəhər komitəsinin birgə əməkdaşlığı ilə ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş mini futbol üzrə rayon birinciliyi keçirilib.
Yarışın keçirilməyində məqsəd ümumilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, şagirdlər arasında futbol idman növünün kütləviliyinə nail olmaq, perspektivli idmançıları aşkar etməkdən ibarət olub. Azərbaycan Respublikasının DövlətHimni ilə açıq elan edilən tədbirdə Goranboy-Naftalan rayonlar üzrə təhsil sektorunun müdiri Xəyal Məmmədov, idarə və müəssisə rəhbərləri Ulu öndər haqqında geniş danışaraq , idmançılara uğurlar arzulayıblar.
İki yaş qrupu üzrə keçirilən yarışda 2013-2015-ci il təvəllüdlü şagirdlər arasında I və II yerlərə Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası, III yerə isə Dəliməmmədli komandası layiq görülüb. 2010-2012-ci il təvəllüdlü şagirdlər arasında isə I yerə Tatarlı kəndtam orta məktəbin komandası, II yerə Quşçular kənd tam orta məktəbin komandası, III yerə isə Goranboy rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbinin komandası layiq görülüb.
Qalib komandalar medal, diplom və hədiyyələrlə təltif olunublar.