Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin psixoloqları ilə görüş keçirilib. Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, idarə əməkdaşları və məktəb psixoloqları iştirak ediblər.
Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva bildirib ki, məktəb psixoloqlarının başlıca vəzifələri psixoprofilaktik və psixodiaqnostik iş prosesində təhsildə çətinliklərlə qarşılaşan, inkişafı və davranışında çatışmazlığı olan uşaqların üzə çıxarılması məqsədi ilə şagirdlərin intellektual və şəxsi emosional inkişafının fərdi-psixoloji xüsusiyyətlərini öyrənmək, siniflərdə və qruplarda sosial-psixoloji mühiti tədqiq etməkdir. Məktəb psixoloqları mövzu ilə bağlı çıxış etdikdən sonra görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.