Gəncə-Daşkəsən Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil məktəblərinə yeni təyin olunan direktorlar ilə görüş keçirilib.
Görüşdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva, həmin sektorun əməkdaşları və yeni təyinat alan məktəb direktorları iştirak ediblər. S.Quliyeva müsabiqə nəticəsində seçilən məktəb direktorlarını təbrik edib və onlara üzərlərinə düşən şərəfli və məsuliyyətli işdə uğurlar arzulayıb.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılmasının və təhsili idarəetmə sisteminin təkmilləşdirilməsinin əsas hədəflərdən olduğunu xatırladan Sevinc Quliyeva direktorların qarşısında duran vəzifələrə diqqət çəkib. Daha sonra yeni təyin olunan məktəb direktorlarına tədrisin təşkili, idarəetmə, ictimaiyyətlə əlaqələr, məktəbdənkənar fəaliyyətin təşkili və digər məsələlər barədə tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.