28.04.2023

Samux və Daşkəsən rayonlarında şagird davranış qaydaları ilə bağlı görüş keçirilib

Samux və Daşkəsən rayon ümumtəhsil məktəblərində “Şagird davranış qaydaları”nın icrası ilə bağlı maarifləndirmə xarakterli görüş keçirilib.

 

Görüşlərdə Tədrisin keyfiyyəti sektorunun müdiri Sevinc Quliyeva,  həmin sektorun məsləhətçisi Ceyhun Bağırov, valideynlər, sinif rəhbərləri, uşaq birliyi təşkilatının rəhbərləri və nizam-intizam şurasının üzvləri iştirak ediblər.

 

Görüşlərdə ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb münasibətinin tənzimlənməsi ilə bağlı müzakirələr aparılıb, eyni zamanda bu qaydaların təhsilalanların bir sıra hüquq və vəzifələrini təmin etmək məqsədilə ümumi təhsil müəssisəsində nizam-intizamı tənzimləyən qayda və prosedurları müəyyən etdiyi, həmçinin məktəb nüfuzunun artırılması işinə dəstək verdiyi vurğulanıb.

 

Bundan əlavə görüşdə məktəbdaxili münasibətlər, əlverişli öyrənmə mühiti, şagirdlərin dərsə davamiyyəti, səmərəli məktəb mühiti haqqında da geniş müzakirələr aparılıb, müvafiq mövzularla bağlı verilən suallar cavablandırılıb.

Qeyd edək ki, bu layihə hazırda Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 20 ümumtəhsil müəssisəsində tətbiq olunur.


Açar sözlər: ,