28.04.2023

Təhsil işçilərimiz "Bir müəllimin manifesti" proqramı çərçivəsində ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edirlər

Goranboy rayon Rəhimli kənd tam orta məktəbin direktoru Həsrət Rəhimov, Gəncə şəhər N.Aydın adına 18 nömrəli tam orta məktəbin biologiya müəllimi İlahə Hacıyeva və Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbin biologiya müəllimi Züleyxa Vəliyeva artıq bir müdddətdir ki, ABŞ-da uzunmüddətli təlimlərdə iştirak edirlər.

 

ADA Universitetinin Vaşinqton Mərkəzində təşkil olunan seminar, mühazirə və konfranslarda iştirak edərək, müxtəlif yerli məktəb, kollec və universitetlərə səfər həyata keçirilir. Həmçinin, iştirakçılar Vaşinqtonda keçirilən tədbirlərdə iştirak edərək, muzey və mədəniyyət abidələrində ziyarət edir, ingilis dilini təkmilləşdirərək ABŞ-ın təhsil sisteminin nailiyyətlərilə tanış olurlar.

 

Qeyd edək ki, ADA Universiteti ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək səylərinə dəstək vermək məqsədilə “Bir müəllimin manifesti” proqramını həyata keçirir.


Açar sözlər: ,