03.05.2023

"Bu yol Heydər yoludur" adlı inşa müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Bu yol Heydər yoludur" adlı inşa müsabiqəsinin rayon (şəhər) mərhələsi keçirilib. Rayon (şəhər) mərhələsində şagirdlər müəyyənləşdirilmiş 5 mövzudan biri üzrə 2 saat ərzində  inşa yazıblar.

 

Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, şagirlərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.

 

Müsabiqənin rayon (şəhər) mərhələsində 237 şagird iştirak edib. Rayon (şəhər) mərhələsində nəticə göstərmiş şagirdlər region mərhələsində iştirak edərək, müvafiq yerlərə layiq görülən şagirdlər təşəkkürnamə və hədiyyələrlə təltif olunacaqlar.