03.05.2023

“Ən yaşıl sinif” müsabiqəsinin qalibi müəyyənləşib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Ən yaşıl sinif” müsabiqəsi keçirilib. Müsabiqənin qalibi Gəncə şəhər N.Rəfibəyli adına 43 nömrəli tam orta məktəb olub.

 

Məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ətraf mühitin qorunması və təbii ehtiyatların istifadə sahəsində formalaşmış bacarıqların ölçülməsi məqsədilə həyata keçirilən müsabiqədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində olan bütün ümumtəhsil məktəbləri iştirak edib.

 

Müsabiqə qalibi olan məktəb "100" Mükafatı, təşəkkürnamə və hədiyyə ilə təltif olunacaq.


Açar sözlər: ,