03.05.2023

Psixoloqların işə qəbulu müsabiqəsi yekunlaşıb

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində vakant olan psixoloq vəzifəsi üçün müsabiqə və müsahibə mərhələsi yekunlaşıb.

 

Müsabiqənin yekununda uğur qazanan 9 namizəd müvafiq ümumtəhsil məktəblərinə təyinat alıb. Müsabiqənin test imtahanı mərhələsində 99 nəfər namizdə iştirak etmiş, onlardan 25 nəfəri müsahibə mərhələsində iştirak hüququ qazanmış, 18 nəfəri müsahibə mərhələsindən keçmiş onlardan 9 nəfəri isə təyinat almışdır.

 

Qeyd edək ki, bir il ərzində vakant yer yarandığı təqdirdə, ehtiyat kadr siyahısında olan namizədlər növbəli şəkildə işlə təmin ediləcəklər.