05.05.2023

Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib

Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində çalışan fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı fənn müəllimlərinin iştirakı ilə maarifləndirici görüş keçirilib.

 

Görüşdə dərslərin təşkili zamanı təhlükəsizlik qaydalarına əməl edilməsi, uşaqların sağlamlığına daim nəzarət etmək, buna uyğun olaraq fiziki fəaliyyətin azaldılması və ya artırılmasının müəyyənləşdirilməsi, təhlükəsizlik təlimatlarının həyata keçirilməsini mütəmadi olaraq izləmək və digər məsələlər barədə məlumat verilib.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,