Göygöl rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllimləri arasında ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə "Bilik kuboku" başa çatıb.
10 ümumtəhsil məktəbindən 50 müəllimin iştirak etdiyi turnirdə Göygöl şəhər E.Vəliyev adına 5 saylı tam orta məktəbin müəllimlərindən ibarət "Retro" komandası qalib olub. Yarışda ikinci yeri Texniki və təbiət fənnləri təmayüllü liseyin komandası, III yeri isə Nadil kənd tam orta məktəbin komandası layiq görülüb.