"İnnovativ məktəb" layihəsi çərçivəsində Gəncə şəhər M.Hadi adına 10 nömrəli tam orta məktəbin bir qrup müəllimi İsraildə təlimlərdə iştirak edir.
"İnnovativ məktəb" layihəsi ilə bağlı İsraildə 19 gün davam edən təlimlərdə "Aktiv öyrənmə", "Metodologiyalar və bacarıqlar", "Sahibkarlıq ruhu" mövzularında təlim və görüşlər keçirilir. Təlimlər İsrailin müxtəlif şəhərlərində icra olunur.
Qeyd edək ki, layihə çərçivəsində müəllimlər "ORT" məktəblərində dərslərdə iştirak edirlər.