25.05.2023

“Bu yol Heydər yoludur" adlı inşa müsabiqəsinin region mərhələsi keçirilib

Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Bu yol Heydər yoludur" adlı inşa müsabiqəsinin region mərhələsi keçirilib.

 

Müsabiqənin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin şərəfli həyat yolu və ictimai fəaliyyətinin öyrənilməsini, geniş dünyagörüşünə, milli düşüncəyə malik gənc nəslin yetişdirilməsini, şagirlərdə vətənpərvərlik ruhunun gücləndirilməsini və azərbaycançılıq ideologiyasının təbliğini təmin etməkdir.

 

Müsabiqənin region mərhələsində 33 şagird iştirak edib. Region mərhələsində müvafiq yerlərə layiq görülən şagirdlər təşəkkürnamə və hədiyyələrlə təltif olunacaqlar.


Açar sözlər: ,