26.05.2023

Müxtəlif müsabiqə və yarışlarda qalib olan şagirdlər mükafatlandırılıblar

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində təhsil alan, "Ən yaxşı təqdimat" müsabiqəsi, Respublika fənn olimpiadası, "Nə? Harada? Nə zaman?" intellektual yarışında müxtəlif yerlərə layiq görülən təhsilverən və təhsilalanların mükafatlandırma mərasimi keçirilib.

 

Mükafatlandırma mərasimində Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, ictimaiyyət nümayəndələri, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

 

Azərbaycan Respublikası Dövlət Himninin səslənməsi ilə başlanan tədbirdə şagirdlər müxtəlif kompozisiyalarla çıxış ediblər.

 

Daha sonra müxtəlif müsabiqə və yarışlarda müvafiq yerlərə layiq görülən təhsilverən və təhsilalanların mükafatlandırma mərasimi keçirilib.


Açar sözlər: ,