28.05.2023

Ümumitəhsil müəssisələrində 28 may Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 28 may Müstəqillik Gününə həsr olunan tədbirlər keçirilib.

 

Belə ki, təhsil müəssisələrində Müstəqillik Günü ilə əlaqədar konfranslar, mühazirələr, “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar keçirilib.

 

Tədbirlərdə Azərbaycan Xalq  Cümhuriyyəti dövrünün tariximizin ən şərəfli səhifələrindən biri olduğu bildirilib. Həmçinin ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, 2020-ci ilin xalqımız üçün tarixi ədalətin bərpa olunduğu Zəfər ili kimi yadda qaldığı nəzərə çatdırılıb.

 

Şagirdlər müstəqilliyə, vətənpərvərliyə həsr olunmuş şeirlər söyləyib, mahnılar oxuyub, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.


Açar sözlər: ,