15.06.2023

Şuşa şəhərinə səfər təşkil edilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin müəllim, şagird və idarə əməkdaşlarının iştirakı ilə ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa şəhərinə səfər təşkil edilib.

 

Səfər zamanı Şuşanın gözəl yerləri ziyarət olunub,  eyni zamanda 3×3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsində "Neftçi" komandasının oyununu izləyiblər.

 

Qeyd edək ki, yarışda rəqibini 20:12 hesabı ilə məğlub edən “Neftçi” çempion olub.


Açar sözlər: ,