27.06.2023

Kəpəz zirvəsinə “100” yürüşü həyata keçirilib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Kəpəz zirvəsinə “100” yürüşü həyata keçirilib.

 

Yürüşün məqsədi Kəpəz zirvəsinə gedən yolda istiqamətləndirici yol göstəricilərinin qoyulması, alpinist, turist, qonaqların daha çox istifadə etdiyi Xan bulağı yaylağında oturacaqların abadlaşdırılması və müasir tələblərə uyğun təmir olunması kimi faydalı fəaliyyətləri həyata keçirməkdən ibarət olub.

 

Yürüş çərçivəsində magistral yoldan sonra Kəpəz zirvəsinə gedən istiqamətdə 15 hissədə yol göstəricisi yerləşdirilib. Yürüşün sonunda bayrağımız Kəpəz dağının zirvəsində dalğalandırılıb.

 

Səfər zamanı sağlamlıq və təhlükəsizlik tədbirlərinin təşkilinə görə Göygöl Rayon İcra Hakimiyyətinə təşəkkürümüzü bildiririk.


Açar sözlər: ,