27.06.2023

"Azərbaycan mənim həyatımın mənasıdır" adlı qısametrajlı film nümayiş etdirilib

Samux rayon təhsil sektoru və Gəncə Regional Mədəniyyət İdarəsi Samux rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə ərsəyə gələn filmin təqdimatında Samux Rayon İcra Hakimiyyəti Başçısının Alı Qocayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə və müəssisə rəhbərləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Film ilk dəfə Samux məktəblilərinin tədqiqatında və təqdimatında müstəqil və güclü Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cu il Heydər Əliyev ili çərçivəsində hazırlanıb.

 

Filmdə Ulu Öndərin zəngin irsinin gənclər arasında daha dərindən təbliği nəzərdə tutulub.


Açar sözlər: ,  ,  ,